Abubakarın yer aldığı səhnədə "biz də varıq" MESAJI VERİLDİ!

30 Oktyabr 21:00 Neftçi 269
Abubakarın yer aldığı səhnədə "biz də varıq" MESAJI VERİLDİ!

"Neftçi" ölkə kubokuna darmadağınla start verdi. "Ağ qaralar" doğma meydanda MOİK-in daşını daş üstə qoymadı - 6:2.

Aşağı liqa təmsilçisi ilə görüşdə nəticə gözlənilən idi.

O qədər də xoş olmayan oyun isə başadüşülən. Axı belə qarşılaşmalarda motivasiya yerində olmur.

Amma barəsində ciddi danışacağımız məqamlar da yox deyil.

Biri müsbət, digər yorucu, bezdirici, üzücü və.s.

İkincidən başlayaq - Samir Abasov yenə Rza Cəfərova şans tanımadı. Klubun yetirməsi, millimizin üzvü "hərbiçilərlə" qarşılaşmada da əsas heyətə layiq görülümürsə, daha deyiləcək söz yoxdur. Gənc kiperin əsl oynamalı vaxtında gününü ehtiyatda keçirməsinin doğru olmadığını deməkdən, yazmaqdan yorulduq.

Xoş hal odur ki, sevindirici məqam da gənclərlə bağlıdır.

Rzadan fərqli olaraq Abasov Murad Məmmədov və Ağadadaş Salyanskiyə şans tanıdı.

Birinci 90 dəqiqə, ikinci isə 45 dəqiqə meydanda oldu.

Və aldıqları şansı kifayət qədər yaxşı dəyərləndirə bildilər.

Hə, Ribeyro, Sek kimi əsas heyət üzvləri motivasiyadan əziyyət çəkə bilər, zədədən qaçmağa cəhd edər.

Ancaq qeyd etdiyimiz gənclər oynamaq üçün alışıb-yanırdılar.

Belədə özlərini necə göstərəcəkləri gələcək oyunlar üçün mesaj sayıla bilərdi.

Xüsusilə liqada az-az gördüyümüz Məmmədov.

Ən aktivlərdən olan Murad 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qaldı. Top itkiləri də gözdən qaçmadı. Oyun praktikasının azlığı, tələskənlik bunda az rol oynamırdı. Ümumilikdə müsbət cəhətləri çox oldu. Qısası, gedişatda Abasov şans versə, oynamağa hazır olduğunu göstərə bildi.

İkinci yarıda meydana çıxan Ağadadaş da boş dayanmadı. 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qaldı. Əvəzində rəqabətdə əsas rəqibi sayılan Bassala Sambu heç nə ilə yadda qalmadı.

Vinsent Abubakarla əsas heyət uğurunda kiminsə mübarizə aparacağından danışmaq çətindir. Zədə və ya cəza almasa. Ancaq ikinci hücumçu kimi Ağadadaş Sambuya ciddi maneə törədə bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 22:20 Rəşad Sadiqov fərqi...
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM