“Neftçi” arzuladığı hücumçunu tapdı, hər şey əla olacaq! - VİDEO

20:00 Neftçi 817
“Neftçi” arzuladığı hücumçunu tapdı, hər şey əla olacaq! - VİDEO

Vensan Abubakarın «Neftçi»yə keçidi Premyer Liqanın doqquzuncu turunu kölgədə qoyub.

Bu fikir "Sportinfo TV"də yayımlanan "Futbol Manşet"ində səsləndirilib.

Xanoğlan İmanovun təqdimatında yayımlanan verlişə qonaq qismində qatılan Ramiz Mirzəzadə maraqlı açıqlama verib.

Tanınmış telejurnalist bildirib ki, kamerunlu hücumçunun gəlişi paytaxt təmsilçisinə marağı bir xeyli artırıb. O, istər sosial şəbəkələrdə yazılan rəylərə, istərsə də mediada əksini tapan xəbərlərin çoxluğuna diqqət çəkib.

Uzun illərdir televiziya sahəsində çalışan şəxsin gəldiyi qənaətə görə, 33 yaşlı ulduz «ağ-qaralar»ın forması satışına da müsbət təsir göstərəcək.

Mirzəzadə əmindir ki, afrikalı forvard «Neftçi»də öz səviyyəsini nümayiş etdirəcək və uğurlara imza atacaq.

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in dəstəyi ilə təqdim olunur.

YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti