Şahruddin Məhəmmədəliyev vərəqə limitini doldurması səbəbindən Azərbaycan millisinin qarşıdan gələn İslandiya ilə matçını kənardan izləməli olacaq.
Belədə onu kim əvəzləyəcək sualı ciddi müzakirələrə yol açdı.
Çünki real iki namizəd - Rza Cəfərov və Aydın Bayramov uyğun olaraq "Neftçi" və "Zirə"də ehtiyatda oturur.
Ümid edirdik ki, milli naminə Samir Abasov və Rəşad Sadıqov yerli kiperlərə əsas heyətin qapısını açacaq.
Samir Abasov hətta MOİK-lə matçda belə Cəfərova şans tanımadı.
Əvəzində Rəşad Sadıqov mövsümdə ilk dəfə qapı mövqeyində dəyişikliyə gedib.
Təcrübəli mütəxəssis ardıcıl 8 tur qapı çərçivəsini etibar etdiyi Tiaqo Silvanı Aydın Bayramovla əvəzlədi.
Düzdü, klub məşqçilərinin milli komandanı düşünmək kimi məsuliyyəti yoxdur.
Kimsə bunu ondan tələb edə bilməz.
Belə olan halda Sadıqovun fərqli düşünməsi, məsuliyyəti üzərinə götürərək milli naminə Aydına meydan verməsi təqdir olunmalıdır.
Həm də məsuliyyətdən qaçan həmkarlarına yaxşı bir nümunə...
XANOĞLAN / SPORTİNFO.AZ

