“Neftçi”nin gündəmə bomba kimi düşən yeni ulduzu - “Yox, yerində qal, öldürüləcəksən”

31 Oktyabr 23:20 Neftçi 322
“Neftçi”nin gündəmə bomba kimi düşən yeni ulduzu - “Yox, yerində qal, öldürüləcəksən”

“Neftçi”nin heyətinə qatdığı Vensan Abubakarın geridə qalan 33 illik həyatında qəribə məqamlar var.

O, 1992-ci il yanvarın 22-də dünyaya gəlib. 8 uşaqlı xristian aildə doğulan Abubakar sonradan İslam dinini seçib.

Adındakı Vensan (Vinsent) İsa peyğəmbərə bağlı şəxslərdən 7-cisidir.

Kamerunun şimalında, Qarohada oynayaraq futbola başlayan Abubakar bir müddət qapıçı kimi çıxış edib. Uşaq yaşlarında ailəsinin də yoxsul olması səbəbindən heç vaxt idman ayaqqabısı olmayıb. Qapıçılığı seçməsinin bir səbəbi də bu idi.

Yeniyetmə yaşlarında braziliyalı Ronaldinyonun heyranı olan Abubakarın dostları arasındakı ləqəbi “Vinyo” idi. 12 yaşında Ronaldinyonu təqlid edərək hücumçu kimi çıxış edən kamerunlu oyunçu, həmin il Kamerunda minlərlə uşaq üçün təşkil olunan top-kap yarışmasına çağrılır və vurduğu qollarla turnirin ən yaxşı forvardı seçilir.

14 yaşında bütün diqqətləri üzərinə çəkən Abubakar gənclərə yatırım edən “Koton Sport”a qoşulur. Kamerunun U-20 komandasının agenti Kristofer Osmanın diqqətini çəkir. O, “Koton Sport”un aşağı yaş qruplarında oynayarkən ölkə çempionatında ən çox qol vuran futbolçu seçilir və peşəkar karyerası baxımından önəmli addım atır.

Abubakar 18 yaşında Cənubi Afrikadakı 23 yaşadək futbolçular arasında dünya kuboku üçün Kamerun millisinə dəvət alıb. İki ay sonra isə Fransanın “Valensyen” klubuna transfer olunur. Ancaq o, əvvəlcə Fransaya uyğunlaşa bilmədi. 20 matçda forma geyinib, sadəcə, 4 qol və 1 məhsuldar ötürmə ilə ümidləri doğrultmadı. Amma bir il sonra Fransanın başqa klubu “Loryan”da uğurlu çıxışı ilə yadda qalan Abubakar, başarı nərdivanını bir-bir çıxmağı bacardı. Ardıcıl olaraq “Portu” – “Beşiktaş” – “Portu” – “Beşiktaş” və “Əl-Nəsr”də forma geyinərək, çıxdığı 351 matçda 138 qolla yadda qaldı.

Kamerunlu forvardın futboldan kənar fərqli hobbiləri də var. O, mənəvi oyanış anlamına inanır. Kitab oxumağı xoşlayır. Ən sevdiyi kitablardan biri Jozef Mörfinin “Şüuraltınızın gücü”dür. Abubakarın metafizik, astronomiya, fəlsəfə, insan varlığı, kosmos, atomlar kimi sahələrə marağı var. Hətta bu mövzularla bağlı kitab da yazıb.

Abubakar təvazökar, eqosuz və gülərüz xarakterə sahibdir. Spirtli içkiləri sevmir, hətta nifrət edər. Ailəsinə də çox düşkündür. Ən böyük hobbilərindən biri macəra-döyüş filimləri izləməkdir. Dostları onun filmi sadəcə izləmədiyini, həm də yaşadığını deyir.

Bir gün Abubakar və fransalı dostu döyüş filmi izləyir. Filmdə almanlar bir qrup fransızı əsir alıb, onları öldürməklə təhdid edir. Əsirlərdən biri çox inadçı olur və həbsdən qaçmağın bir yolunu tapır. O anda Abubakar sürətlə oturacağndan atılaraq, qışqırmağa başlayır: “Yox, yerində qal, öldürüləcəksən, yox (komanda.az).

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI