“Neftçi”nin legioneri Sessi D’Almeyda bəlkə də həyatının ən böyük təəssüfünü yaşadı.
29 yaşlı yarımmüdafiəçisi şərəfini qoruduğu Benin millisi dünya çempionatının astanasında idi.
Bunun üçün Nigeriya ilə matçda qələbə qazanmaq, ən pis halda uduzmamaq mütləq idi.
Benin qalib gəlsəydi, Sessi DÇ-2026-ya birbaşa vəsiqənin sevinci yaşayacaq, heç-heçə qeydə alınsaydı, pley-offda oynamaq imkanı qazanacaqdı.
Lakin bu, baş vermədi. Sessinin əlinə 4 ildən sonra belə bir imkanın düşəcəyi isə inandırıcı görünmür.
“Neftçi”nin “6 nömrə”si Sportinfo.az-a açıqlamasında yaşadıqları uğursuzluq barədə danışarkən ümidli görünüb:
“Milli səviyyəsində get-gedə böyüməkdə davam edirik. Düzdür, vəsiqə əlimizdən çıxdı.
Amma seçmə mərhələdə göstərdiyimiz nəticələrlə, gördüyümüz işlərlə fəxr edə bilərik.
Yeri gəlmişkən, Benin vətəndaşı olan Felipe Santosu bu münasibətlə təbrik etmək istəyirəm. Bundan sonra milli komandada onunla çiyin-çiyinə oynayacağıq.
“Araz-Naxçıvan”la oyundan sonra Felipe ilə söhbət edib, onu təbrik etdim”.
HƏBİB

