“Neftçi”: Pul istəmirik, təki siz gəlin!

00:40 Neftçi 166
“Neftçi”: Pul istəmirik, təki siz gəlin!

Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçiriləcək "Neftçi" – MOİK matçına giriş pulsuz olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Ödənişsiz biletləri yalnız "Neftçi"nin mobil tətbiqindən və ya klubun rəsmi saytından onlayn şəkildə əldə etmək olar.

Bunun üçün mobil tətbiqə və ya qeyd olunan sayta daxil olaraq qeydiyyatdan keçmək və hər qeydiyyat üçün "Forza" və VIP xaric bütün sektorlara 1 ədəd biletə sahib çıxmaq mümkündür.

Stadionun kassasında isə bilet satışı olmayacaq.

"Palms Sports Arena"dakı "Neftçi" – MOİK matçı oktyabrın 29-da, saat 19:00-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 18:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 03:40 Vüsal əməliyyat edildi