“Oyuna çox yaxşı başladıq. İlk 15 dəqiqədə fəal idik. Lakin sonradan xeyli sayda top itkilərimiz oldu.
Bu da “Qəbələ”yə inam verdi və onlar başladılar topla yaxşı oynamağa. Biz də oyunun ipini itirdik. Şükür Allaha ki, yaxşı qurtardıq, yekunda qələbə qazandıq, yolumuza davam edirik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov Premyer Liqanın 9-cu turunda “Qəbələ”ni 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O bildirib ki, yaxşı oynamasalar da, qalib gəliblər:
“Əvvəlki oyunda bundan yaxşı oynamışdıq, lakin qələbə qazana bilməmişdik. Bəzən belə hallar olur. Yaxşı oynayıb qələbə qazana bilmirsən, rəqibdən üstün olmadığın matçda isə yekunda 3 xal qazanırsan”.

