“Neftçi”nin yeni ulduzu Azərbaycanda Messiyə döndü”

09:20 Neftçi 521
“Neftçi”nin yeni ulduzu Azərbaycanda Messiyə döndü”

Vensan Abubakarın “Neftçi”nin heyətində debütü bir çox ölkə mətbuatının diqqət mərkəzini çəkib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçunun Premyer Liqanın 9-cu turunda “Qəbələ” ilə görüşdəki performansı sürprizlə qarşılanıb.

Kamerun millisinin üzvünün bir neçə il legioner həyatı yaşadığı Türkiyə mətbuatı da onun çıxışına biganə qalmayıb.

Həmkarlarımız Abubakarı argentinalı Lionel Messi ilə müqayisə ediblər:

“Uzun müddət futbolsuz qaldıqdan sonra belə geridönüşü ancaq ulduzlar bacarar. Topa ilk toxunuşda assist etmək, ardından qol vurmaq və komandanı qələbəyə daşımaq möhtəşəmdir.

Abubakar “Qəbələ” ilə oyunda Messiyə döndü. Öz formasını bərpa etsə, Azərbaycan çempionatında böyük iz qoyacaq”.

“Neftçi”nin səfərdə “Qəbələ”ni 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada Abubakar 70-ci dəqiqədə meydana daxil olaraq debüt edib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi