"Neftçi"nin yeni baş məşqçisinin adı "Sportinfo"da - SON DƏQİQƏ

8 İyul 2023 14:40 Neftçi 2 680
"Neftçi"nin yeni baş məşqçisinin adı "Sportinfo"da - SON DƏQİQƏ

Günlərdir “Neftçi”nin baş məşqçisi kim olacaq sualının artıq cavabı bəllidir.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov bildirib ki, əsas namizədlərdən biri Adrian Mutu “Rapid”lə (Buxarest) müqaviləsinə xitam verilməsi ilə bağlı anlaşıb:

“Bununla da artıq “Neftçi”nin yeni baş məşqçisi olduğunu deyə bilərik. Yalnız bu gün səhər saatlarında rumıniyalı çalışdırıcı ilə bütün detallar müzakirə edilib.

Yəni, bu gün rəsmi anlaşma əldə olunub. Mutuyla yanaşı, ispaniyalı mütəxəssis də namizədlər sırasında var idi.

Hətta görüşdə elə məsələlər müzakirə edilib ki, rumıniyalı ilə anlaşmaya da bilərdilər. Hər iki məşqçiyə danışıqlar üçün viza da ayrılmışdı.

Amma klub rəhbərliyi yekunda Adrian Mutuya “ok” verib. Ən qısa müddətdə təyinatın rəsmən açıqlanmasını gözləyirik.

Keçid “ağ-qaralar”a nə kimi fayda verəcək, onu da zaman göstərəcək”.

Digər Xəbərlər
Xəbər Lenti