COP29

"Məşhur personanın "Neftçi"yə təyinatı niyə baş tutmadı?" – ŞOK FAKTLAR BU VİDEODA!

5 İyul 2023 20:00 Neftçi 2 012
"Məşhur personanın "Neftçi"yə təyinatı niyə baş tutmadı?" – ŞOK FAKTLAR BU VİDEODA!

"Neftçi"də baş məşqçi kim olacaq” tipli suallar həftələr ötdükcə, daha da çoxalmaqdadır.

Klub rəhbərliyi hazırda bir neçə namizədlərlə danışıqlar aparır.

Gündəmə düşən və namizədlər sırasında olanlardan biri də rumıniyalı Adrian Mutudur.

Eyni zamanda, türkiyəli çalışdırıcı Sergen Yalçının da yenidən klub rəhbərliyinə müraciət etməsi qardaş ölkə mediasında dərc olunub.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov "Neftçi" ilə danışıqlar prosesində Sergen Yalçınla bağlı indiyə qədər heç kimin bilmədiyi məqamları açıqlayıb,

Mutunun təyinatının niyə baş tutmamasının səbəbinə də aydınlıq gətirib:

"Türkiyədən aldığım özəl məlumatı diqqətinizə çatdırıram. Müxtəlif kanallar vasitəsilə yenidən qapını döyən Sergen Yalçına SOCAR rəhbərliyi hələ ki, müsbət yanaşmır.

Çünki onun ötən müddət ərzində hadisələrə belə qeyri-adekvat münasibət sərgiləməsi SOCAR-da çaşqınlıq yaradıb.

Sergen Yalçının Bakıdakı görüş müddətində Azərbaycan futbolu ilə bağlı söylədikləri, "Qarabağ"ın hegemonluğuna son qoyulması ilə əlaqədar iddialı fikirlər səsləndirməsi birmənalı qarşılanmayıb.

Yəni, heyətlə tanış olmadan, son durumla bağlı analizlər aparmadan bu formada çıxışı qeyri-ciddi görsənib. Unutmayaq ki, "Qarabağ"ın hazırki uğurlarının təməlində böyük zəhmət dayanır.

Sehirli çubuğu varmış, deyəsən, Sergen hocanın, xəbərimiz yoxmuş...

Transferlərə birbaşa özünün nəzarət etmək istəməsi də diqqətçəkən məqamlardan biri olub.

Bütün bunlarla yanaşı, maliyyə məsələlərində həssas davranan SOCAR rəhbərliyinin Sergenin tələb etdiyi məbləğdə limiti aşmaması təqdirəlayiqdir.

İndi isə qiymət artımına görə verilən müddətdən gec geridönüş edən Sergen əvvəl təklif olunan rəqəmə "hə" deyir.

Bir tərəfdən, "Fənərbağça"dan təklif gələcək deyə ümidləri puç olan çalışdırıcıya qarşı klub rəhbərliyinin hazırda biganə yanaşması çox düzgün addımdır".
T

anınmış teleaparıcı Adrian Mutunun gəlişinin baş tutmaması ilə bağlı da önəmli fikirlər səsləndirib:

"Bəli, Adrian Mutu da siyahıda olan namizədlərdəndir. Hazırda klubunda fəaliyyət göstərməsi problem yaradan məsələlərdəndir.

Bu baxımdan nəsə deyə bilmərik. Transferin gerçəkləşmə əmsalı çox aşağıdır.

Mənim fikrimcə, bu, çox əla seçim olardı.

Yəni, dünya futbolunda futbolçu kimi iz qoyan, önəmli klublarda çıxış edən Mutu məşqçi olaraq aşağı pillələrdən başlayaraq uğurlar əldə edib.

Getdiyi komandalarda futbolçularla ünsiyyətində önəmli nümunələr ortaya qoyub. Onunla çalışan futbolçular heç zaman narazı olmayıblar.

Oyun planı, psixoloji hazırlıq, rəqibi analiz baxımından çox önəmli üstünlükləri var. Topun daim səndə olması, templi futbol anlayışı diqqətçəkən məqamlardandır.

21 yaşlılardan ibarət Rumıniya millsindəki fəaliyyətindən sonra növbəti dayanacağı "Rapid" oldu.

Yəni, zaman ötdükcə çox inkişaf edən məşçqi profili ilə üz-üzəyik. Əgər "Neftçi"yə gələrsə, mükəmməl təyinat olar".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti