“Neftçi”də Rege dönəmi bitdi - Sərgən Yalçının adını eşitdi, pulunu son qəpiyinədək istədi

21 İyun 2023 14:20 Neftçi 2 029
“Neftçi”də Rege dönəmi bitdi - Sərgən Yalçının adını eşitdi, pulunu son qəpiyinədək istədi

Sərgən Yalçınla anlaşan “Neftçi” Laurentsiu Regekampfla yollarını ayırıb.

Klubun mətbuat xidməti bu haqda rəsmi açıqlama yayıb.

Bildirilib ki, Müşahidə Şurasının qərarıyla rumıniyalı mütəxəssislə, eyni zamanda, onun köməkçiləri Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Laurentsiu Regekampf geridə qalan mövsüm “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub.

“Neftçi” onun rəhbərliyi altında 45 oyun keçirib. Bunun 24-də qələbə qazanan bakılılar 8 dəfə heç-heçə edib, 13 görüşdə isə məğlub olub.

Redaksiyamızın əldə etdiyi məlumata görə, dünən axşam saatlarında Bakıya qayıtmış Rege kompensasiya alacaq.

Rımuniyalı Sərgən Yalçının burada olmasından xəbər tutub və əvvəlki fikrindən daşınıb.

Yəni, o, öncə maliyyə öhdəliklərində güzəştə getməyə hazır olubsa. Sonradan təzminatının tam şəkildə ödənilməsini tələb edib və istəyinə böyük ölçüdə çatıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti