"Neftçi" istədiyi oyunu ala, baş məşqçi öz fəlsəfəsini komandaya çatdıra bilməyib"

11 Avqust 2022 18:00 Neftçi 866
"Neftçi" istədiyi oyunu ala, baş məşqçi öz  fəlsəfəsini komandaya çatdıra bilməyib"

"Neftçi" barəsində çox şey deyə bilməyəcəm.

Çünki yeni məşqçi, yeni oyunçular, yeni oyun modeli görürük.

Hələ də düşünürəm ki, "Neftçi" istədiyi oyunu ala bilmir. Baş məşqçi hələ də öz oyun fəlsəfəsin komanda üzvlərinə tam çatdıra bilməyib".

Bunu Sportinfo.az-a açıqlamasında "Rapid"lə oyun öncəsi komandanın sabiq oyunçusu Cahangir Həsənzadə deyib.

Veteran qapıçı evdəki minimal hesablı qələbəyə rəğmən Vyanda növbəti mərhələyə yüksəlməyin çətin olacağını dilə gətirib:

"Nəticə olaraq Bakıda müsbət nəticə əldə edilib. Amma hesab o qədər də ümidverici deyil. Səfərdə çox ağır oyun olacaq. "Neftçi"də fərdi olaraq rəqibi üstələyən oyunçular var. Amma komanda olaraq ilk matçda da göründü ki, rəqib daha yaxşı təşkil olunmuş komandadır. Cinahları kifayət qədər sürətlidir".

Amma Həsənzadə üstünlüklərimizdən də söz açıb:

"Təmsilçimiz üçün üstünlük o ola bilər ki, "Rapid" hesabda geri olduğu üçün görüşə olduqca aqressiv və sürətli hücumlarla başlayacaq.

Bu da komandamızın əks hücumlarda mütləq real qol epizodlarına girməsini şərtləndirəcək. Bu şanslardan nə dərəcədə istifadə edəcəyiksə, növbəti mərhələ şansımız da bir o qədər artmış olacaq.

Ümid edirik ki, "Neftçi" də növbəti mərhələyə çıxmaqla "Qarabağ" kimi bizi sevindiricək".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı