“Qarabağ”dan 7-8, “Neftçi”dən bir nəfər də… Görülən iş başqadır - FOTOLAR

11:40 Neftçi 776
“Qarabağ”dan 7-8, “Neftçi”dən bir nəfər də… Görülən iş başqadır - FOTOLAR

«Neftçi» U-17 Liqasında uğurlu çıxışını davam etdirir.

Paytaxt təmsilçisi bu tur «Rekord Arena»da «Araz-Naxçıvan»la qarşılaşıb və 7:1 hesablı qələbə qazandı.

“Ağ-qaralar” matç boyunca həm hücumda, həm müdafiədə tam üstünlük nümayiş etdirib və yüksək tempi sona qədər qoruyub saxlayıb.

Hazırda «Neftçi»nin 17 yaşlıları klubun akademiyasının ən sabit inkişaf göstərən komandalarından biridir.

Son yeddi oyunun yekunlarına əsasən, kollektiv 5 qələbə qazanıb və 2 heç-heçə edib. Məğlubiyyətsiz seriya, sərgilənən keyfiyyətli oyun və futbolçuların fərdi proqresi məşqçi heyətinin sistemli və peşəkar fəaliyyətinin nəticəsidir.

Xüsusilə «Qarabağ» ilə 2:2 hesablı heç-heçə böyük önəm daşıyır. Bu nəticə daha dəyərli görünür, çünki «Qarabağ»da U-17 yığmasının 7-8 üzvü forma geyinir,

«Neftçi»dən isə hələlik heç bir futbolçu milliyə çağırılmayıb. Buna baxmayaraq, komanda yetkin oyun, xarakter və taktiki intizam nümayiş etdirərək, çempionatın favoritlərindən biri ilə bərabər səviyyədə mübarizə aparıb.

Komandanın uğurunda baş məşqçi Rəşad Hüseynovun düzgün və sistemli işi diqqət çəkir. Onun rəhbərliyi altında bakılılar strukturlaşdırılmış, müasir və dinamik futbol sərgiləyir.

Eyni zamanda, məşqçi heyətinə mühüm töhfə verən baş məşqçinin köməkçisi Tural Lətifovun fəaliyyəti də ayrıca qeyd olunmalıdır.

O, komandanın kondisiya hazırlığına, taktiki detalların işlənməsinə və futbolçularla fərdi işə cavabdehdir.

Bu istiqamətdə aparılan düzgün iş nəticəsində komanda keçidlərdə, pressinq intensivliyində, oyun sürətində və qərarvermə tempi baxımından nəzərəçarpacaq dərəcədə irəliləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti