"Neftçi" Samir Abasova görə AFFA ilə “10 min manatlıq “dava”ya girmədi

17 Noyabr 2025 13:20 Neftçi 2 132
"Neftçi" Samir Abasova görə AFFA ilə “10 min manatlıq “dava”ya girmədi

"Neftçi" baş məşqçisi Samir Abasovun cəzalandırılması ilə bağlı Apellyasiya Arbitraj Tribunalına şikayət etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı bildirib.

Klub rəsmisi Misli Premyer Liqasının XI turunun oyunundan sonra cərimə və cəzalarla bağlı müraciətin nəzərdə tutulmadığını söyləyib.

Samir Abasov "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın XI turunun qarşılaşmasından sonra hakimi təhqir etdiyi üçün 4 oyunluq cəza ilə üzləşib. Paytaxt klubu buna görə 10 min manat cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?