“Neftçi”yə belə güclü hücumçu gəlib, işləri daha da yaxşı olacaq”

01:00 Neftçi 836
“Neftçi”yə belə güclü hücumçu gəlib, işləri daha da yaxşı olacaq”

"Neftçi"nin sabiq forvardı Tomislav Mişura sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, "ağ-qaralar"ın yeni transferi Vensan Abubakar haqda danışıb.

Bununla yanaşı, sloveniyalı "Neftçi"nin Premyer Liqanın 11-ci turunda "Azərbaycan derbisi"ndə "Qarabağ"a məğlubiyyətini şərh edib:

"Neftçi"nin "Qarabağ"a qarşı oyununu izlədim. Əslində, "Neftçi" pis futbol nümayiş etdirmədi.

Xüsusilə də birinci hissədə inamlı oynadılar, "Qarabağ"ın səhvini gözləyirdilər ki, əks-hücuma çıxsınlar, qol vursunlar.

"Neftçi" yaxşı oynadı. Hər halda ikinci hissənin əvvəlində təyin edilən penalti təsirsiz ötüşmədi.

Komandaya Vensan Abubakar kimi güclü forvard gəlib. Məncə, onun gəlişi tək əsas komanda üçün yox, ümumilikdə klub üçün yaxşı addımdır.

Xüsusilə də,gənclər üçün yaxşıdır. Ondan çox şey öyrənəcəklər. Buna görə də,onlar adına mən çox xoşbəxtəm.

Təbii ki, bəzən nələrinsə reallaşması, hər şeyin daha yaxşı olması üçün zamana ehtiyac olur. İnanıram ki, Abubakarın "Neftçi"dəki işləri daha da yaxşı olacaq, daha uğurlu alınacaq".

Mişura 2005-2006 mövsümündə "Neftçi"nin əsas hücumçusu olub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Noyabr 19:40 Çək və bizə göndər!