“Qarabağ” 250 min ödəmədi... "Neftçi"nin aldığı hücumçuya

24 Sentyabr 2021 22:20 Neftçi 4 249
“Qarabağ” 250 min ödəmədi... "Neftçi"nin aldığı hücumçuya

"Neftçi" sentyabrın əvvəlində heyətinə yeni legioner qatdı.

"Ağ-qaralar" braziliyalı hücumçu Tiaqu Bezerra ilə münasibətlərini rəsmiləşdirdi.

Bakılılar 34 yaşlı forvardla 1 il müddətinə müqavilə bağladı.

“9 nömrə” Belçikanın “La Luvyer” (2005-2006), Braziliyanın “Qama” (2008), “İtuano” (2012, 2013), CRB (2012), Türkiyənin “Altay” (2008-2010), “Karşıyaka” (2010-2011), “Adanaspor” (2013-2015), “Adana Demirspor” (2016, 2017), Küveytin “Əl-Ərəbi” (2015), Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” (2016-2017), Özbəkistanın “Paxtakor” (2017-2018), Qətərin “Əl-Xor” (2019-2020) və “Əl-Sailiya” (2020-2021) klublarında çıxış edib.

2015/2016 mövsümündə Küveyt Federasiya Kubokunun ən yaxşı futbolçusu və bombardiri, 2018-ci ildə isə Özbəkistan Superliqasının ən yaxşı futbolçusu olub.

Cənubi amerikalı “Neftçi”dən öncə “Qarabağ“a təklif edilib. “Sambaçı”nın cv-si Qurban Qurbanovun xoşuna gəlib və bir müddət danışıqlar aparılıb. Sadəcə, baş məşqçi ona görə 250 min dollar ödənilməsinə razılaşmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti