"Hazırkı "Neftçi" zəif yox, orta səviyyəli komandadır"

21 İyul 2021 11:40 Neftçi 1 185
"Hazırkı "Neftçi" zəif yox, orta səviyyəli komandadır"

"Neftçi" hələ tam komplektləşməyib. Zəif cəhətləri var. "Olimpiakos"u keçmək çətin olacaq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin məşqçisi Rasim Ramaldanov deyib.

Millimizin sabiq müdafiəçisi düşünür ki, "Neftçi" "Olimpiakos" kimi rəqibi keçmək üçün ilk növbədə meydanda döyüşməlidir:

"Bu futboldu. Allahın köməyilə keçmək də olar. İlk növbədə futbolçular döyüşkən olmalıdır. Komandada motivasiya olmalıdır.

Məncə, hazırkı "Neftçi" zəif yox, orta səviyyədə bir komandadır. Bir az da motivasiya olsa "Olimpiakos"u da keçmək olar.

Samir müəllim hər şeyi futbolçulara deyəcək. İnşallah, "Olimpiakos"u da keçərlər".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda