Məşhur futbol adamı "Neftçi" haqda bu ifadələri işlətdi

23 İyun 2021 16:40 Neftçi 1 468
Məşhur futbol adamı "Neftçi" haqda bu ifadələri işlətdi

"Neftçi" ilə oyuna fiziki hazırlığın bir hissəsi kimi baxıram.

Düzəltməli olduğumuz çox şey var. Mənim üçün ən önəmlisi futbolçuları iş başında görmək idi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Sloveniyanın "Olimpiya" (Lyublyana) komandasının baş məşqçisi Savo Miloşeviç "Neftçi" ilə 1:1 etdikləri yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, "Neftçi" ilk sınaq matçı üçün ağır rəqibdir:

"Amma komandamdan razı qaldım. Uşaqlar məşqlərdə onlara verdiyimiz bəzi taktiki tapşırıqları yerinə yetirmək üçün meydanda əsl xarakter göstərdilər. Bu görüşədək elə də çox vaxtımız olmayıb. Fiziki hazırlığımızı davam etdiririk".

"Neftçi" növbəti sınaq matçını iyunun 25-də Macarıstan “Fehervar"ına qarşı keçirəcək. Sloveniyadakı son rəqib Rusiyanın "Spartak" (Moskva) klubu olacaq. Bu oyun isə iyunun 29-da olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da