"Mənim buna görə Premyer Liqadan xoşuma gəlir" - MÜSAHİB

2 May 2023 13:00 Müsahibə 866
"Mənim buna görə Premyer Liqadan xoşuma gəlir" - MÜSAHİB

"Səbail" üzərində 4:2 hesablı parlaq qələbə qazanan "Qəbələ"nin mərakeşli yarımmüdafiəçisi Əyyub Allaş oyundan sonra Sportinfo.az-a müsahibə verib.

- Əvvəlcə oyunla bağlı düşüncələrini öyrənərdik...

- Bizə 3 xal lazım idi. 4-cü sıra üçün mübarizə apardığımıza görə hər qələbə bizə vacibdir. Bu oyunda qələbə qazandığımız üçün xoşbəxtik.

- Baxımlı qol vurdun, onu necə şərh edərdin?
- Çox qəşəng qol alındı, amma 3 xal ondan da vacibdir.

- Mövsümün gedişində “Qəbələ”yə gəldin. Uyğunlaşma prosesini arxada qoyduğunu deyə bilərik?
- Bəli, hazırda özümü çox yaxşı hiss edirəm. Yaxşı komandamız var.

- Oyun formanın pikinə çatdığını deyə bilərik, yoxsa qarşıdakı turlar daha yaxşı Allaş görə bilərik?

- Məncə, bundan da yaxşı ola bilərəm. Öz üzərimdə işləyirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.

- Azərbaycan Premyer Liqası ilə bağlı düşüncələrin necədir?

- Burada məşqçilər taktiki və texniki futbola üstünlük verir. Texniki baxımdan yaxşı olmalı, pasla oynamalısan. Çox yaxşı çempionatdır. Mən özüm də texniki futbola üstünlük verirəm. Ona görə də xoşuma gəlir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti