Millimizin daha bir legioneri koronavirus testindən keçdi

6 May 2020 19:48 Milli komanda 877
Millimizin daha bir legioneri koronavirus testindən keçdi

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Albasate"nin oyunçuları koronavirusa görə testdən keçiblər.

Sportinfo.az "5maseldescuento" nəşrinə istinadən xəbər verir ki, testin nəticələri 48 saat ərzində bəlli olacaq.

Oyunçuların bir ay ərzində daha 3 yoxlanışdan keçəcəyi vurğulanıb. İsrafilov 2019-cu ilin avqustundan "Albasete"nin formasını geyinir.

Daha öncə Azərbaycan millisinin digər üzvü Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubunun oyunçuları və əməkdaşları komanda üzvlərindən birində xəstəliyin simptomlarının aşkarlanması səbəbindən karantinə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"