Futtbolçularımız həqiqətənmi bu pula dəyir?

15 Mart 2020 15:40 Milli komanda 946
Futtbolçularımız həqiqətənmi bu pula dəyir?

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda Monteneqro, Kipr və Lüksemburq yığmaları ilə mübarizə aparacaq.

“Transfermarkt” verilənlərinə əsasən, komandaların dəyər müqayisəsini təqdim edirik...

Qrupa 1-ci səbətdən düşən Monteneqro, həm də ən bahalı heyətə malik komandadı. 21 futbolçusu ölkə xaricində çıxış edən yığmanın ümumi dəyəri 29,85 milyon avrodu. Bu baxımdan ikinci 4-cü səbətdən qrupa düşən Azərbaycan millisidi.

5 futbolçusu xarici klubların formasını geyinən yığmamızın dəyəri 16,73 milyon avrodu. 3-cü Lüksemburqla fərq çox azdı. “Cırtdan ölkə”nin yığma üzvlərinin ümumi dəyəri 16,60 milyondu.

Lüksemburqda legioner həyatı yaşayanların sayı 18-di. 2-ci səbətdən qatılan Kipr isə ən ucuz heyətə malikdi. Bu komandanın dəyəri 13,1 milyon avroya bərabərdi. Kipr millisinin heyətində ölkə xaricində çıxış edən futbolçu sayı 4-dü.

Qrupda ən bahalı futbolçu Monteneqro millisinin kapitanı Adam Maruşiçdi. “Latsio”nun cinah oyunçusunun dəyəri 7 milyon avrodu. İkinci ən dəyərli futbolçu da Monteneqrodandı.

Söhbət 3 milyon avro qiyməti olan Nikola Vukçeviçdən gedir. Sonrakı yerləri lüksemburqlular tutur. Yarımmüdafiəçilər Kristofer Martins Pereyra, Oliver və Vensan Till qardaşları 2 milyon avro qiymətə sahibdilər.

Kipr yığmasının ən dəyərli oyunçusu mərkəz hücumçusu Pieros Sotiriudu. O, 1,7 milyon avro olaraq dəyərləndirilir. Fərdi qiymətlərə görə ən aşağı göstərici Azərbaycan yığmasındadı. Ən bahalımız Riçard Almeydanın dəyəri 1,6 milyon avordu.

Digər Xəbərlər
Xəbər Lenti