Millimizin məşqçisi özünü spirt və pambıqla qoruyur

12 Mart 2020 20:40 Milli komanda 715
Millimizin məşqçisi özünü spirt və pambıqla qoruyur

"Biz bununla bağlı heç nə edə bilmərik. Koronavirus bütün dünyada yayılır.

Çempionlar Liqası və Avropa Liqası kimi turnirlərin oyunları azarkeşsiz keçirilir, bəziləri təxirə salınırsa, nə edə bilərik"?

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov yığmanın Maltadakı toplanışının və yoldaşlıq görüşlərinin ləğv olunmasına münasibət bildirərkən deyib.

50 yaşlı mütəxəssis bildirib ki, 2018/2019 mövsümünə nisbətən bu dəfə komandanın Millətlər Liqasına hazırlaşmaq üçün daha çox vaxtı olub:

"Sentyabra kimi zamanımız var. O vaxtadək yığmanın bir neçə yoldaşlıq görüşü planlaşdırılıb. Bu da komandanı formalaşdırmaq baxımından yaxşı idi.

Yaxşı olardı ki, bu matçlar baş tutardı və yeni baş məşqçi də futbolçuları daha yaxından tanıyardı. Amma bu, bizdən asılı məsələ deyil. Amma yenə də hazırlaşmaq üçün vaxt var".

Əsədov hazırlıq prosesinin ləğv olunmasının baş məşqçi təyinatına təsiri barədə danışmaq istəməyib:

"Bunu dəqiq bilmirəm. Mənə aid olan məsələ deyil. Nə baş verəcəksə, onu deyə bilmərəm. Bizim mayda Türkiyədə təlim-məşq toplanışımız var.

Yoldaşlıq görüşü də olacaq. Növbəti plan yəqin ki, Türkiyə toplanışına hazırlaşmaqdır. Amma yay aylarındakı boşluqlara baş məşqçi gələndən sonra qərar verilə bilər. İndidən nəsə demək olmur.

Hazırkı plan Malta və Lixtenşteynlə yoldaşlıq oyunları idi. Türkiyədəki toplanışın ləğv olunmasını isə gedişat göstərə bilər. Nələr olacağını bilmirik. Dünya tez bir zamanda bu virusdan xilas olsa, hər şey qaydasına düşər".

Təcrübəli baş məşqçi koronavirusdan qorunmaq üçün hansı tədbirlər gördüyünü də açıqlayıb: "Maşınımda daim spirt və pambıq olur. Bunlardan istifadə edirik.

Hardasa olanda daim əlimizi spirtləyirik. İşdən evə gələndə də eyni proseduru yerinə yetiririk. Çalışırıq ki, deyilən bütün qaydalara əməl edək".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı