"Ailəm bu milli komandanı seçməyimi istəsə də, mən…"

6 Mart 2020 16:56 Milli komanda 1 101
"Ailəm bu milli komandanı seçməyimi istəsə də, mən…"

“Feyenoord”un yarımmüdafiəçisi Orkun Kökçü Türkiyə millisinin heyətində AVRO-2020-yə qatılmaq arzusundadır.

Sportinfo.az xəbər verir ki, bunu gənc futbolçu özü bildirib.

20 yaşlı orta sahə oyunçusu Türkiyə ilə Hollandiya yığmaları arasında seçim qarşısında qaldığını, ancaq AVRO-2020-də iştirak etmək üçün birincilərə üstünlük verdiyini söyləyib:

“Türkiyə ilə AVRO-2020-yə yollanmaq şansım Hollandiya ilə müqayisədə daha çoxdur. Hollandiya yığmasında oynaya biləcək çox sayda istedadlı futbolçu var. Ailəm bu komandanı seçməyimi istəsə də, mən qərarı öz evim olan Türkiyənin xeyrinə etdim”.

Azərbaycanın U-21 yığmasının futbolçusu Ozan Can Kökçünün kiçik qardaşı olan Orkunu “Arsenal” qitə birinciliyi start götürməmiş transfer etmək niyyətindədir.

“Topçular” futbolçunun mötəbər turnirdə parlamasını və qiymətinin artmasını nəzərə alaraq, indidən onu 26 milyon avroya heyətə qatmağa çalışır.

Uels, İtaliya və İsveçrə ilə AVRO-2020-nin A qrupunda yer alan Türkiyə millisi İtaliya ilə Romada (12 iyun), Uels (17 iyun) və İsveçrə ilə (21 iyun) Bakıda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!