"Vulverhempton" Azərbaycan millisinin futbolçusu Renat Dadaşovu Avropa Liqasına sifariş edib.
UEFA-nın rəsmi saytının məlumatına görə, 21 yaşlı hücumçu mövsümün ikinci yarısı üçün iştirak ərizəsinə salınıb.
Sportinfo.az xəbər verir ki, onun vətəndaşlığı iştirakçı siyahısında almaniyalı kimi göstərilib. Dadaşov meydana 40 nömrəli forma ilə çıxacaq.
"Vulverhempton" 1/16 finalda İspaniya "Espanyol"u ilə üz-üzə gələcək. İngiltərə klubu ilk oyununu fevralın 20-də evdə, cavab görüşü fevralın 27-də səfərdə keçirəcək.
Renat Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyada - "Pakuş de Ferreyra"da keçirib.

