Azərbaycanlı klubundan şikayət etdi, istəyinə çatdı

5 Fevral 2020 22:00 Milli komanda 954
Azərbaycanlı klubundan şikayət etdi, istəyinə çatdı

Rusiya Futbol İttifaqının (RFS) Mübahisələrin Həlli Palatası Moskva "Dinamo"sunun yeni futbolçuları qeydiyyatdan keçirməsinə qadağa qoyub.

Sportinfo.az-ın RFS-in rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb kimi Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə müqaviləyə xitam verildiyi vaxt pozuntuların olması göstərilib.

Bundan başqa Şeydayevin əmək müqaviləsinin əsaslandırılmamış səbəblər olmadan pozulmasına və kompensasiya tələbinə dair ərizəsi qismən təmin edilib.

Yeni oyunçuların qeydiyyatdan keçirilməsinə qadağa Şeydayev qarşısında öhdəliklər yerinə yetiriləcəyi təqdirdə götürülə bilər. Həmin öhdəlikləri RFS-in Mübahisələrin Həlli Palatası müəyyənləşdirib.

Ramil Şeydayev "Dinamo"ya 2019-cu ilin yayında "Krılya Sovetov"dan azad agent qismində keçib. 2020-ci ilin yanvarında Moskva klubu 24 yaşlı hücumçu ilə müqaviləni pozduğunu açıqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti