Qış fasiləsində "Tobol"dan ayrılan Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.
Sportinfo.az "vesti.kz"ya istinadən xəbər verir ki, millimizin üzvü "Kaysar"ın maraq dairəsinə düşüb. Qızılorda təmsilçisi azad agent statusu daşıyan 25 yaşlı qolkiperi heyətinə qatmaq istəyir. Balayevin növbəti mövsüm Avropa Liqasında çıxış edəcək kluba keçmək ehtimalının olduğu bildirilir.
Emillə Belçika, Rusiya və Türkiyə klubları da yaxından maraqlanır.

