"Heç kim arxayın davrana bilməz"

5 Fevral 2020 15:04 Milli komanda 704
"Heç kim arxayın davrana bilməz"

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Feneks Rizinq” yoxlama görüşündə “Çinsinnati”yə 0:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, görüşün ardından Arizona təmsilçisinin baş məşqçisi Rik Şants oyun barədə fikirlərini bildirib:

“Məğlub olmaq yaxşı hal deyil. Ancaq komandamın daha güclü olduğunu düşünürəm. Son bir həftədir fiziki ağırlıqlı məşqlər edirik.

Düşünürəm ki, bu səbəbdən bu gün komandamı yorğun gördüm. Heyətimizdə güclü futbolçular var. Çempionatda daha fərqli çıxış edəcəyik”.

Amerikalı mütəxəssis heyətə cəlb edilən yeni oyunçular barəsində də danışıb: “Burada bütün futbolçular ən yaxşısını etməyə çalışmalıdır.

Heç kim arxayın davrana bilməz. Mən özünü göstərməyə çalışanlarla işləməyə üstünlük verirəm. Yeni gələn oyunçular üçün nəsə demək tez olar. Buraya layiq olduqları üçün komandadadırlar. Onlardan çox şey gözləyirəm”.

Rüfət Dadaşov bu görüşü kənardan izləyib. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilsə də, Rüfət meydana çıxmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti