Qış fasiləsində adı Vyetnamın "Nam Din" klubu ilə hallanan millimizin hücumçusu Rüfət Dadaşovun bu komandaya keçidinin alınmamasının səbəbi məlum olub.
Sportinfo.az "bongdanet.vn"ə istinadən xəbər verir ki, sözügedən kollektivin düşərgəsində baxışda olan 28 yaşlı futbolçu bəyənilməyib. "Nam Din"in baş məşqçisi Fabion sınaqdan keçirdiyi 4 futbolçu arasında yalnız braziliyalı Rafaelsonu bəyənib. O, digər futbolçuların səviyyəsinin isə qənaətbəxş olmadığını hesab edib.
Ötən ay "Proyssen"dən ayrılan Dadaşov ABŞ-ın "Feniks Rizinq" klubuna keçib.

