Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərin siyahısında dəyişiklik olub.
Sportinfo.az xəbər verir ki, AFFA-nın nəzərdən keçirdiyi 32 mütəxəssisdən biri namizədlər sırasından çıxıb.
Bu, tanınmış rusiyalı məşqçi Oleq Kononovdur. O, AFFA-dakı namizədliyi deyil, Latviyadan aldığı təklifi daha ciddi sayaraq Baltikyanı ölkəyə yollanmağa üstünlük verib.
53 yaşlı mütəxəssis “Riqa”da çalışacaq. Latviya çempionu ilə anlaşan rusiyalı mütəxəssisin sabah rəsmi müqavilə imzalayacağı gözlənilir.
O.Kononov karyerası ərzində Rusiyada “Spartak”, “Krasnodar”, “Arsenal”, “Axmat” kimi klubları çalışdırıb.

