Polşa mətbuatı Qazaxıstanda oynamış, hazırda isə klubsuz olan və yerli komandaları gücləndirə biləcək oyunçuların siyahısını hazırlayıb. Sportinfo.az xəbər verir ki, 4 futbolçu arasında bir müddət öncə "Tobol"u tərk edən Emil Balayevin də adı var.
Məlumatda bildirilir ki, Emil ən yaxşı transferlərdən biri ola bilər: "Heç şübhəsiz, "Tobol"un ən aparıcı oyunçularından biri idi. Orada illik 200 min dollar qazanırdı. Buna görə də o, Polşanın ən zəngin klublarından birinə keçə bilər".
Millimizin üzvü ötən ilin qışından çıxış etdiyi "Tobol"dan erməni məşqçi Qriqori Babayana görə ayrılıb.

