Azərbaycanı biabır etməsindən elə razı-razı danışdı ki…

3 Fevral 2020 17:33 Milli komanda 1 597
Azərbaycanı biabır etməsindən elə razı-razı danışdı ki…

"Açığı, Azərbaycan mənim üçün qeyri-adi və xoş ölkə idi. Əla şəhərdə - Bakıda yaşayırdım".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Xorvatiya mətbuatına müsahibəsində deyib.

54 yaşlı mütəxəssis yığmadakı fəaliyyətindən də danışıb: Onun fikrincə, komandası bütün oyunlarda böyük addım atıb: "Biz əlverişsiz rəqib idik.

Seçmə tsiklin sonunadək daha çox xal toplaya bilərdik. Azərbaycanda oyunçular bazası, reytinqimizi nəzərə alsaq, keyfiyyətlidir. Çempionat baxımından isə 8 komanda və 40-dək oyunçu arasından 20-25-ni seçməli idik.

Fikrimcə, sıçrayışdan məmnun olmalıyıq. Amma Macarıstanda son dəqiqələrdə təmiz qolumuz oğurlandı. Xorvatiya, Uels və elə Macarıstanın özünün necə uyğunsuz vəziyyətə düşdüyünü görməyə dəyərdi".

Artıq müqaviləsinin başa çatdığını bildirən Yurçeviç indi başqa ambisiyalarla yaşadığını söyləyib: "Zamanın nə gətirəcəyinə və qarşımda nəyi açacağına baxacağıq".

Nikola Yurçeviçin rəhbərliyi altında Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsini 1 xalla başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti