Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev karyerasını Rusiyada davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, gənc forvardın Rusiyanın böyük klublarından birinə keçməsi istisna edilmir.
Rusiyalı həmkarlarımız hazırda azad agent statusu daşıyan və ölkənin top-klublarında oynaya biləcək 8 futbolçunu müəyyənləşdiriblər.
Onlar arasında Şeydayev də var. Moskva "Dinamo"sundan ayrılan 23 yaşlı oyunçu çempionatın favoritləri üçün ideal ehtiyat qüvvə sayılır.
"Zenit"in yetirməsi ilə yanaşı, hazırda azad agent olan Fabio Koentrao, Martin Olsson, Vladimir Vayss, Dieqo Tardelli, Freddi Quarin, Obafemi Martins və Yuri Lodıgin də Rusiya klublarının maraq dairəsindədirlər.

