Ramil Şeydayev ulduzlar arasında - "Top-klubda oynaya bilər"

2 Fevral 2020 16:04 Milli komanda 1 838
Ramil Şeydayev ulduzlar arasında -

Rusiya mətbuatı qış transfer pəncərəsinin bağlanmasına baxmayaraq, top-komandalarda oynaya biləcək klubsuz futbolçuların adlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Fabio Koentrau, Martin Ollson, Vladimir Vays, Dieqo Tardelli, Freddi Quarin, Obafemi Martins, Yuri Lodıgin kimi oyunçuların siyahısında millimizin üzvü Ramil Şeydayevin də adı var:

"Zenit"in yetirməsi 23 yaşına qədər bir çox komandada oynamağa fürsət tapıb. Sankt-Peterburq klubunun əsas heyətində cəmi 5 oyun keçirən futbolçu daha sonra "Zenit-2"də çıxış etdi. Ardınca isə "Rubin"ə icarəyə verildi.

2016-cı ildə Şeydayevi "Trabzonspor" 170 min avroya transfer etdi. Yarım ildə o, cəmi 1 çempionat matçında oynadı. Gənc futbolçuya oyun praktikası lazım idi. Ona görə də rəhbərlik Ramili Slovakiya "Jilina"sına icarəyə göndərməyə qərar verdi. "Jilina"dan sonra "Qarabağ"a gedən futbolçu orada bir mövsüm keçirdi.

2018-ci ildə Türkiyə klubu ilə yollarını ayıran Ramil Rusiyaya qayıtdı və "Krılya Sovetov"la müqavilə bağladı. 2018-2019 mövsümündə Samara təmsilçisində 20 oyunda meydana çıxıb, 4 qol vurdu. 2019-un yayında onu Moskva "Dinamo"suna dəvət etdilər. Şeydayev Moskva klubunun heyətində həlledici rol oynamalı idi.

Ancaq Ramil öz şanslarından istifadə də bilmədi. 8 oyunda bir qol belə, vura bilmədi. Yay transfer pəncərəsində "Dinamo" daha bir neçə hücumçu transfer etdi ki, bu da azərbaycanlı futbolçunun klubdakı taleyini sual altına saldı. Bu ilin yanvarında isə tərəflər müqaviləni pozmaqla bağlı razılığa gəldilər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti