Millimizin sabiq futbolçusu dünyasını dəyişdi - 51 yaşında

2 Fevral 2020 11:20 Milli komanda 1 763
Millimizin sabiq futbolçusu dünyasını dəyişdi - 51 yaşında

Milli komandamızın sabiq üzvü Lev Mayorov dünən qəflətən dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, bu haqda 51 yaşlı veteran futbolçunun 1992-2005-ci illərdə formasını geyindiyi "Çernomorets" klubunun rəsmi saytı məlumat yayıb. Keçmiş yarımmüdafiəçi 2012-2020-ci illərdə isə Novorossiysk təmsilçisinin məşqçilər korpusunda yer alıb. Ölümün səbəbləri barədə hələlik məlumat verilmir.

1969-cu ilin oktyabrın 13-də Bakıda doğulan Mayorov “Neftçi”nin yetirməsi olub. O, bir müddət "Bakılı" və "Kəpəz"də də çıxış edib. 1990-cı illərdə millimizdə 2 matç keçirib.

"Çernomorets"in yaydığı başsağlığında Mayorovun ölümündən əvvəl Bakıya səfər etmək istədiyi bildirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti