"Tobol"un yeni baş məşqçisi Qriqori Babayan Emil Balayevin komandada qalmasını istəyirmiş.
Sportinfo.az-ın əldə etdiyi məlumata görə, erməni mütəxəssis ötən mövsüm Kostanay təmsilçisinin ən yaxşısı olan millimizin üzvünü əvvəlcə buraxmaq istəməyib.
Komanda ilə birlikdə Dubaydakı ilk təlim-məşq toplanışına yollanan Emil Babayanın rəhbərliyi altında məşqə belə, çıxmaq istəməyib. Hazırlıq prosesindən sonra həmyerlimizə yaxınlaşan çalışdırıcı ona bildirib ki, sən bizim əsas qapıçımızsan, qalmağını istəyirəm. Mənim ailəm 1937-ci ildə Qazaxıstana gəlib.
Qazaxıstan klubundan aylıq 18 min dollar maaş alan Emil isə mədəni şəkildə onu başa salıb və "baxarıq" deyə cavab verib. Sonradan klub rəhbərliyi Babayanın özünə izah edib ki, Emilin burada qalıb oynaması mümkün deyil. Bundan sonra erməni məşqçi qərarını dəyişib və Balayevlə yolların ayrılmasına razılıq verib.

