3 klubdan REAL TƏKLİF - BALAYEV SEÇİM QARŞISINDA

1 Fevral 2020 14:36 Milli komanda 2 731
3 klubdan REAL TƏKLİF - BALAYEV SEÇİM QARŞISINDA

"Tobol"la yollarını ayıran Emil Balayev karyerasını Avropada davam etdirəcək.

Sportinfo.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, millimizin qapıçısı Rusiya və Belçika klublarından təklif alıb. Şimal qonşularımızdan "Krılya Sovetov" və "Axmat", Belçikadan isə "Genk" həmyerlimizin xidmətində maraqlıdır.

Ancaq ötən mövsüm Qazaxıstanın ən yaxşı qapıçısı seçilən Emil azad agent statusuna sahib olduğundan tələsmək istəmir. Çünki digər ölkələrdən, xüsusilə Türkiyədən də onu istəyən klublar var.

Balayev 2019-cu ilin yanvarından "Tobol"da çıxış edirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti