Emil Balayev "Tobol"dan getdi - Rəsmi

31 Yanvar 2020 20:43 Milli komanda 2 492
Emil Balayev "Tobol"dan getdi - Rəsmi

Millimizin qapıçısı Emil Balayev Qazaxıstan “Tobol”undan ayrılıb.

Sportinfo.az klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı qolkiperlə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Ona bundakı sonrakı karyerasında uğurlar arzulanıb.

Balayev "Tobol"a ötən mövsümün əvvəlində transfer olunmuşdu. O, bu komandanın heyətində 36 matçda meydana çıxıb.

Milliyyətcə erməni olan Qriqori Babayanın “Tobol”a baş məşqçi təyin olunmasından sonra Balayevin komandadan ayrılacağı haqda xəbəri ilk dəfə "Sportinfo.az" yazmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti