"Liverpul"un qapısına yol tapan azərbaycanlı - VİDEO

31 Yanvar 2020 12:16 Milli komanda 1 107
"Liverpul"un qapısına yol tapan azərbaycanlı - VİDEO

İngiltərədə Beynəlxalq Premyer Liqa Kubokunda qrup mərhələsinin son turunun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Vulverhempton"un U-23 komandası doğma meydanda "Liverpul"la qarşılaşıb.

Fasiləyə 1:0 hesabı ilə öndə yollanan meydan sahibləri ikinci hissənin əvvəlində fərqi artırıb. Komandasının ikinci qolunu matça start heyətdə çıxan R.Dadaşov vurub. O, 47-ci dəqiqədə fərqlənib. Lakin ardıcıl iki qol buraxan "Vulverhempton" qələbəni əldən verib - 2:2.

E qrupunda mübarizə aparan "Vulverhempton" qrupu 3 xalla sonuncu pillədə başa vurub. "Liverpul" isə qrup lideri kimi növbəti mərhələyə adlayıb. Fransanın PSJ klubu qrupu 2-ci, İspaniya "Atletik"i (Bilbao) isə 3-cü pillədə başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti