"Qalatasaray" millimizin futbolçusunu icarəyə verdi

30 Yanvar 2020 18:35 Milli komanda 1 827
"Qalatasaray" millimizin futbolçusunu icarəyə verdi

Müqavilə ilə "Qalatasaray"a məxsus olan Azərbaycan millisinin futbolçusu Mutlu Aksu Doğanın yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Karakörpü Bələdiyyəspor"a icarəyə verilib.

O, mövsümün sonunadək 3-cü liqa klubunda çıxış edəcək. Əslən azərbaycanlı olan gənc oyunçu 2016-cı ildə Azərbaycanın U-17 yığmasına dəvət edilib və 1 qol vurub.

Mutlu "Qalatasaray"ın U-19 və U-21 komandalarında, eləcə də "Kocaelispor"da çıxış edib. Mutlu Aksu Doğan ötən mövsüm Türkiyə Kubokunda iki oyunun iştirakçısı olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti