U21 millimizin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) növbəti yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, “Duka” (Praqa) ilə qarşılaşan Jijkov təmsilçisi görüşdən məğlub (2:1) ayrılıb.
Millimizin üzvü bu oyunda iştirak etməyib. Buna səbəb Nəbiyevin xəstələnməsi olub. Fərid Nəbiyev “Viktoriya”nın yanvarın 11-də “Budeyoviç”ə (7:1) qarşı keçirdiyi yoxlama oyununda debüt etmiş və 3 qol vurmuşdu.
Həmyerlimiz məhz bu görüşdən sonra xəstələnib. Bu səbəbdən Nəbiyev heyətdən çıxarılıb və növbəti 3 oyunu buraxmalı olub. Hazırda isə onu durumu yaxşıdır.
O, komanda ilə məşqlərini bərpa edib. Fərid Nəbiyev bu yaxınlarda “Slaviya”dan(Praqa) ayrılaraq “Viktoriya”ya keçmişdi.

