Azərbaycanlı gənc “Liverpul”a qol vurdu - FOTO

30 Yanvar 2020 09:14 Milli komanda 1 265
Azərbaycanlı gənc “Liverpul”a qol vurdu - FOTO

Beynəlxalq Premyer Liqa Kubokunda qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton”un U-23 komandası da növbəti matçına çıxıb.

Sözügedən komanda “Liverpul”un eyni yaş qrupundan ibarət kollektivi ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da 49-cu dəqiqədə məhz Dadaşov vurub.

Qələbə qazanacağı halda vahid qrup lideri kimi 1/4 finala vəsiqə qazanmaq şansı olan “Vulverhempton” bu heç-heçə nəticəsində 3 xalla qrup sonuncusu olub. Qrup birincisi olan “Liverpul”, eləcə də PSJ və “Atletik” isə 4 xal toplayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti