"Bu, kədərli bir hekəyə üçün kifayətdir" - Millimizin futbolçusu

29 Yanvar 2020 22:30 Milli komanda 1 326
"Bu, kədərli bir hekəyə üçün kifayətdir" - Millimizin futbolçusu

"Heç birimizin oyunu alınmadı. Rəqib bizi məhdud vasitələrlə - uzun ötürmələr və standart vəziyyətlərlə məğlub etdi. Bu isə kədərli bir hekəyə üçün kifayətdir".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Erzgebirge"nin yarımmüdafiəçisi Dmitri Nazarov II Bundesliqanın 19-cu turunun "Vehen"lə oyunundan sonra Almaniya mətbuatına açıqlamasında deyib. Səfərdə autsayderə 0:1 hesabı ilə uduzduqları qarşılaşma haqda fikirlərini bölüşən millimizin üzvü bu matçı unutmalı olduqlarını bildirib:

"Uzun müddət təəssüflənə bilmərik. Gələn həftə "Arminiya" ilə vacib oyunumuz var. Lideri əsəbləşdirmək üçün ilk dəqiqələrdən öz oyunumuzu oynamalıyıq. Ancaq bunun üçün komandanın bütün mövqelərində artım tələb olunur".

Nazarov qış fasiləsində keçirdikləri yoxlama oyunlarındakı uğurlu nəticələrdən sonra turnir cədvəlinin ən aşağı sıralarında qərarlaşmış komandaya uduzmalarını belə şərh edib: "Təlim-məşq toplanışı çempionata hazırlıq məqsədi daşıyır. Yoxlama oyunlarındakı nəticələr heç kimə maraqlı deyil".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti