ÇSKA millimizdə oynamış futbolçudan əl çəkmir

29 Yanvar 2020 16:45 Milli komanda 1 757
ÇSKA millimizdə oynamış futbolçudan əl çəkmir

Moskva ÇSKA-sı İspaniyada keçirəcəyi ikinci toplanış üçün heyəti açıqlayıb.

Sportinfo.az xəbər verir ki, "ordu klubu" bir müddətdir baxışda olan David Qarayevi də sözügedən ölkəyə aparmağa qərar verib. Müqavilə ilə Rusiya Milli Futbol Liqası təmsilçisi KAMAZ-a məxsus olan 24 yaşlı osetiyalı hücumçu haqda bu toplanışdan sonra qərar veriləcək.

Hazırlığın ikinci mərhələsi yanvarın 29-dan fevralın 9-na qədər olacaq.

Gənclərdən ibarət yığmamızda 5 oyun keçirmiş David 2013-cü ildə Rusiya seçməsində oynamaq ehtimalı olduğundan və orada legioner sayılmamaq üçün əsas millimizdə geyinməkdən imtina etmişdi. Hücumçu cari mövsüm KAMAZ-ın heyətində 16 oyun keçirib, 11 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti