Dünya ikincisi Bakıdakı heç-heçəni xatırladı

29 Yanvar 2020 16:04 Milli komanda 649
Dünya ikincisi Bakıdakı heç-heçəni xatırladı

"Tez-tez deyirəm ki, birlik qrupun ən vacib keyfiyyətidir və bu, təsnifat mərhələlərində gerçək oldu".

Sportinfo.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç FİFA-nın rəsmi saytına açıqlamasında deyib. AÇ-2020-nin seçmə mərhələsinin nəticələrini şərh edən təcrübəli mütəxəssis Azərbaycan yığması ilə Bakıda keçirilən 1:1 hesablı oyunu da xatırlayıb:

"Bizim AVRO-2020-nin seçmə mərhələsində bir neçə uğursuz nəticəmiz var idi. Məsələn, Macarıstanda uduzduq və Bakıda isə Azərbaycan millisi ilə oyunda vacib 2 xal itirdik. Ancaq reaksiya hər zaman fantastik idi.

Budapeştdəki məğlubiyyətdən sonra Uelslə görüşdə qələbə qazandıq və Slovakiyanı 4 cavabsız qolla məğlub edərək parlaq oyun keçirdik. Luka Modriçin də həmin çətin vaxtlarda liderliyi öz üzərinə götürməsi çox önəmli idi. O, digər nisbətən yaşlı futbolçularla birgə bütün komandaya inam verirdi".

Xorvatiya seçməsi qrup lideri kimi final mərhələsinə vəsiqə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti