Nazarov oynadı, autsayderə uduzdu, qiyməti düşdü

29 Yanvar 2020 14:23 Milli komanda 1 023
Nazarov oynadı, autsayderə uduzdu, qiyməti düşdü

Almaniya 2-ci Bundesliqasında 19-cu tura start verilib.

Sportinfo.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge” səfərdə autsayder “Vehen”in qonağı olub.

Nazarovun 90 dəqiqə meydanda olduğu görüş meydan sahiblərinin minimal hesablı qələbəsilə yekunlaşıb - 1:0. Aue təmsilçisi 19 turdan sonra 29 xalla 18 komanda arasında 6-cı yerdə qərarlaşıb.

Bu arada 30 yaşlı futbolçunun transfer qiymətində eniş olub. Məşhur “transfermarkt.com”da yenilənən siyahıya əsasən, Nazarovun qiyməti 600 min avro göstərilib. Hərçənd ötən il 700 min idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti