Millimizin baş məşqçi postuna namizəd olan MƏŞHURLARIN ADLARI

28 Yanvar 2020 20:28 Milli komanda 1 675
Millimizin baş məşqçi postuna namizəd olan MƏŞHURLARIN ADLARI

Azərbaycan millisinin baş məşqçisinin kim olacağı maraqla gözlənilir.

Sportinfo.az xəbər verir ki, bu məsələ AFFA İcraiyyə Komitəsindən müzakirə olunsa da, hələlik qərar qəbul edilməyib.

Lakin yığmanın baş məşqçi postuna namizəd olan mütəxəssislərdən bir neçəsinin adı müəyyən olub.

Belə ki, İTV telekanalı assosiasiyanın yeni icraçı vitse-prezidenti Elxan Məmmədovun əlində olan dəftərdən millinin baş məşqçi postuna namizəd olan bir sıra mütəxəssislərin adını lentə ala bilib.

Bunlar arasında Oleq Kononov, Canni de Byazi, Branko İvankoviç, Luici Di Byaco, Çezare Prandelli kimi məşhur simalar var. Branko İvankoviç Oman millisi ilə razılıq əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti