AFFA yeni baş məşqçi ilə niyə anlaşa bilmir?

28 Yanvar 2020 19:10 Milli komanda 1 290
AFFA yeni baş məşqçi ilə niyə anlaşa bilmir?

Azərbaycan millisinin baş məşqçi postuna 32 namizəd var. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov hələ heç bir namizədlə danışıqların aparılmadığını söyləyib.

Milli assosiasiya rəsmisi İcraiyyə Komitəsinin növbəti iclasınadək bu sayın 15-ə endiriləcəyini və nəticədə yekun qərarın qəbul olunacağını əlavə edib.

İcraçı-vitse-prezidentin sözlərinə görə, namizədlərə titullu mütəxəssislər də, hələ özünü təsdiqləməyənlər də təklif edilib. O, növbəti iclasın 15 gün sonra keçiriləcəyini söyləyib.

Sportinfo.az-ın məlumatına görə, AFFA təkcə Avropadan yox, Asiya və Amerikadan bir çox məşqçini gündəminə alıb.

Danışıqlara gəlincə, namizədlərdən bir neçəsiylə görüş və ya fikir alış-verişi olub, federasiya "ağız yoxlaması" aparıb. AFFA yeni baş məşqçinin kimliyini martadək müəyyənləşdirməyi qarşısına məqsəd qoyub.

Məsələnin İcraiyyə Komitəsinin fevralın ortasında keçiriləcək iclasına saxlanılması namizədlərlə bağlı konkret fikrin, qərarın olmamasıyla əlaqədardır.

Digər tərəfdən, Nikola Yurçeviçi əvəzləməsi düşünülən məşqçilərin maliyyə şərtləri ilə federasiyanın təklifləri arasında ciddi fərq mövxuddur.

Nisbətən tanınmış mütəxəssislər AFFA-dan daha çox pul və uzunmüddətli müqavilə tələb edir, qarşılığında isə nəticə qazanacağını vəd verən demək olar yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti