Azərbaycan yığması qələbəni belə daddı - VİDEO

28 Yanvar 2020 09:28 Milli komanda 637
Azərbaycan yığması qələbəni belə daddı - VİDEO

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq görüşü keçirib.

Sportinfo.az xəbər verir ki, rəqib yenə Şimali Makedoniya yığması olub.

Görüş Samir Əliyevin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandadan qolları 68-ci dəqiqədə Mustafa Yıldırım, 90-cı dəqiqədə isə Samir Abdullayev vurub. Bununla da Antalya toplanışı 3 qələbə ilə yekunlaşıb.

Azərbaycan millisi ilk yoldaşlıq görüşündə "Alanyaspor"u 4:2 hesabı ilə yenib. Daha sonra isə elə Şimali Makedoniya məğlub edilib - 2:0.

Digər Xəbərlər
Xəbər Lenti