Yığmamız üçün Antalyada üç rəqib tapıldı

22 Yanvar 2020 00:14 Milli komanda 662
Yığmamız üçün Antalyada üç rəqib tapıldı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Qurban Məhərrəmov yığmaya çağırılıb.

Qapıçı yığmada yaranan qolkiper problemini həll etməlidi. Siqaret çəkdikləri üçün “Neftçi”nin qapıçısı Elnur Hüseynov və “Zaqatala”nın əlcək sahibi Vüsal Şabanov komandadan kənarlaşdırılıb.

Samir Əliyevin çalışdırdığı yığmamız yanvarın 18-dən Antalyanın Bələk bölgəsində hazırlıq keçir. Komandamız burada 3 yoxlama oyunu keçirəcək.

Bu gün millimizi “Alanyaspor” klubunun U-19 komandasıyla oyun gözləyir. 25 və 27 yanvarda isə rəqib Şimali Makedoniyanın U-19 yığması olacaq

Digər Xəbərlər
Xəbər Lenti