Millimizdə 1 milyon qazandı, türklərdən 5 dəfə az pul istədi

16 Yanvar 2020 21:15 Milli komanda 1 814
Millimizdə 1 milyon qazandı, türklərdən 5 dəfə az pul istədi

Millimizin keçmiş baş məşqçisi Nikola Yurçeviç öz xidmətini Türkiyə klublarına təklif edib.

Sportinfo.az-ın məlumatına görə, xorvatiyalı çalışdırıcı menecerlər vasitəsilə Super Liqa və I Liqa təmsilçiləri ilə əlaqə yaradıb.

Balkanlı mütəxəssisin istədiyi məbləğ maraq doğurmaya bilməz. O, illik 200 min avro qarşılığında Türkiyədə işləməyə hazırdır.

Bu yerdə xatırlatmağa gərək var ki, AFFA-nın Yurçeviçlə bağladığı müqavilənin dəyəri 1 milyon avro civarında idi.

Digər Xəbərlər
Xəbər Lenti